Görüş həqiqətlərin dünyaya çatdırılmasında çox vacib fürsət idi
"Prezident cənab İlham Əliyevin Rusiyaya sonunca səfəri çərçivəsində TASS İnformasiya Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərliyi ilə görüşü keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, əlbəttə ki, bu görüş Azərbaycan həqiqətlərini və bölgədə yaranmış yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından çox mühüm platforma idi: "İlk öncə onu qeyd etmək lazımdır ki, bu görüşdə bir sıra vacib məqamlara toxunuldu. Görüşdə Azərbaycan-Rusiya münasibətləri, bir çox sahələrdə mövcud olan əməkdaşlıqlar, müttəfiqlik bəyannaməsi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən, erməni vandallarının törətdiyi vəhşiliklərdən, Azərbaycan-Türkiyə münasibətlərindən və müttəfiqliyindən danışıldı. Bundan əlavə pandemiya dövründə Azərbaycanda keçirilən böyük tədbirlərdən, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövcud yeri, Qoşulmama Hərəkatının sədrliyi ilə uğurlu addımlarını cənab Prezident vurğuladı. Eyni zamanda erməni əsilli media nümayəndəsinin təxribat xarakterli sualına da cənab Prezident tərəfindən ətraflı və dolğun cavablandırılması bütövlükdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox vacib fürsət idi. Bu fürsətdən də çox yüksək peşəkarlıqla cənab Prezident məharətlə istifadə etdi".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB