Oslodakı Azərbaycan məktəbində anım tədbiri təşkil edilib

Oslodakı Azərbaycan məktəbində anım tədbiri təşkil edilib

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki əlaqələndiricisi, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Ramil Əliyevin təşkilatçılığı ilə baş tutan anım tədbirində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva bildirib ki, XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Qeyd edilib ki, 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verməməsi, Xocalı cəlladlarının indiyədək məsuliyyətə cəlb olunmaması yolverilməzdir. Çünki belə biganəlik cəzasızlıq sindromunu gücləndirir və gələcəkdə bənzər qətliamların təkrarlanmasına zəmin yaradır.

Sonra məktəb şagirdləri Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş şeirlər səsləndirib və rəsm əsərləri təqdim ediblər.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня