“Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşları Polşa ərazisinə keçə bilər”.
SİA xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib ki, Azərbaycan vətəndaşları Polşa ərazisində 15 gündən artıq qala bilməz.
“Ehtiyacı olan və qalmaq problemi olan şəxslər üçün keçid məntəqələrinin yaxınlığında qəbul yerləri təşkil edilib”,- deyə Nərgiz Qurbanova bildirib.
Keçid məntəqələri və qəbul yerləri aşağıdakılardır:
Dorohusk - Jagodzin Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk Dolhobyczów - Uhrynów Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów
● Zosin - Ustyluh School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło. Hrebenne - Rawa Ruska Primary School in Lubycza Królewska ( back of the sports hall ), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska
● Korczowa - Krakowiec Common room, Korczowa 155, 37-552 Korczowa Medyka - Szeginie Sports Centre - Medyka 285, 37-732 Medyka Budomierz - Hruszew Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama. Krościenko - Smolnica Former Primary School in Łodyna, Łodyna 41, 38-700 Ustrzyki Dolne.
Keçid zamanı vətəndaşlarımız etibarlılıq müddəti, qüvvədə olan pasport yaxud qayıdış şəhadətnaməsini təqdim etməlidir. COVID sertifikatı və viza tələb olunmur.
Əlavə sualların yaranacağı təqdirdə səfirliyin qaynar telefon xətti:
+48 576 900 183 Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi : +48 22 718 30 70
Səfirliyin konsulluq şöbəsinin e - poçt ünvanı: [email protected]
Ukrayna ilə Polşa arasında sərhəd - keçid məntəqələri fasiləsiz çalışır.
Vətəndaşların qəbulu ile bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB