Küveytdə yaşayan soydaşlarımız Azərbaycanın bu ölkədəki səfirliyinə gələrək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
SIA xəbər verir ki, səfirliyin binasında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar fotostend də təşkil olunub. Küveytdə yaşayan azərbaycanlılar stendin önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bundan başqa, diplomatik nümayəndəliyin dəstəyi ilə Küveyt mətbuatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş məqalələr də dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB