Son zamanlar Rusiya və Ukrayna dövlətləri arasındakı münasibətlər kəskin şəkildə gərginləşmişdir. Bunun nəticəsi olaraq son 3 gündür ki, rus hərbiçiləri Ukraynanın bir çox ərazilərini ələ keçiriblər. Günahsız insanlar öz yurdlarından didərgin düşüblər və hazırda şəhərdə xaus müşahidə olunur. Mövzu ilə əlaqədar SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Rövşən Ağayev: "Hər iki dövlətin barışıq yolu ilə bu məsələni həll etməsini istəyirəm. Allah köməkləri olsun. Müharibə heç yaxşı bir şey deyil. Müharibə heç kimə xoşbəxtlik gətirməyib".
Şəhər sakini Əzizə Allahverdiyeva: "Fikrimcə, bu hadisələr bütün regiona təsir edəcək. Çünki Rusiya zəif bir dövlət deyil. Qarşısına hansı məqsədi qoyursa, onu da edəcək. Mənim tək istəyim qadınların, uşaqların, qocaların ümumilikdə insanların qətlə yetirilməməsini istəyirəm. Günahsız və siyasətdən xəbəri olmayanlar siyasətin qurbanına çevrilirlər. Mən dünəndən Ukrayna ilə bağlı paylaşımlar görmüşəm. İnanın ki, hələ də, o mənzərələr yadımdan çıxmır".

Şəhər sakini Əli Rəhimzadə: "Mən bu müharibədə tərəf saxlamıram. Çünki bu bir siyasətdir və bunun iştirakçıları sadəcə istədikləri kimi oyun göstərirlər. Müharibə yalnız sivil insanlara təsir edir".

Şəhər sakini Samir Əliyev: "Müharibə hər zaman pis xarakterli bir amlidir. Çünki bütün mühariblərdə insan itkisi baş verib. Bu bir siyasətdir və mən siyasətçi olmadığm üçün bu mövzunun dərinliyinə girə bilmərəm. Ona görə buna bir siyasi qiymət verə bilmərəm. Düşünürəm ki, bu müharibə bizim dövlətimizə təsir edə bilməyəcək. Çünki Azərbaycan dərin və güclü köklərə malik bir dövlətdir".

Şəhər sakini Ədib Allahverdiyev: "Bir insan kimi bu müharibəyə üzülürəm. Çünki insan itkisi məni çox sarsıdır. Ukrayna vətəndaşlarına səbrli və dözümlü olmağı arzu edirəm. İnşallah ki, tez bir dönəmdə bu müharibə bitər və hamı rahat həyatına davam edər".

Şəhər sakini Gülay Məmmədova: "Məncə bu qədər xausa, müharibəyə, insan itkisinə ehtiyac yox idi. Çünki insan istəsə hər bir şeyi danışıq yolu ilə həll edə bilər. Ona görə də mənim yalnız insanlara və onların yaşamlarına heyfim gəlir".
Şəhər sakini Əfsanə Muradova: "Bilirsiz ki, bizim xalqımızın da başına müharibə hadisələri dəfələrlə gəlib. Buna misal olaraq, 20 Yanvar, Xocalı soyqırımını misal göstərmək olar. Ona görə də mən həmin şəhərlərdə yaşayan insanların nə yaşadıqlarını və nə keçirdiklərini başa düşürəm və hiss edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB