Şuşa Bəyannaməsi Azərbaycan təhlükəsizliyimiz üçün əsas qarant olacaq - POLİTOLOQ AÇIQLADI
"Birinci Qarabağ müharibəsindən sonra regionda siyasi-hərbi vəziyyət ölkəmizin maraqlarına uyğun dəyişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq Türkiyə ilə müttəfiqlik əlaqələrinin rəsmiləşdirilməsi və Azərbaycana qarşı təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Şuşa Bəyannaməsinin imzalanması və parlamentdə təsdiqi bu ittifaqın hüquqiliyini təsbit etdi: "Hazırda baş verən geosiyasi toqquşmalara fikir verdikdə bunun Azərbaycan və rəgion üçün nə qədər sülhün qorunması üçün vacib olduğunu göstərdi. Düşünürəm ki, Şuşa Bəyannaməsi Azərbaycan üçün gələcək hazırda və gələcək perspektivdə təhlükəsizliyimiz üçün əsas qarant olacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB