Pandemiyadan yeganə çıxış yolu kollektiv immunitetin formalaşmasıdır - ŞƏRH
Dünyamız üçün bu gün təhlükəli virusa çevrilən COVID-19 pandemiyası ilə mübarizə hələ də davam edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun yayılmasınının 2020-ci il martın 11-də pandemiya elan edilməsindən sonra respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alındı. Yoluxma həmin tarixdən bu günə qədər davam etməkdədir. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə bütün zəruri, qabaqlayıcı addımlar atılıb. Azərbaycan modeli dünya tərəifdən nümunəvi model olaraq qəbul olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atılıb. Belə ki, ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edilib. 2020-ci il 27 fevral tarixində isə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dünyada pandemiya qurbanlarının sayına görə sonuncu yerlərdən birində qərarlaşır.
"BİZ QISA MÜDDƏTDƏ ON, SONRADAN İSƏ DAHA İKİ – CƏMİ 12 MODUL TİPLİ XƏSTƏXANA ALA BİLDİK"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı Birinci Xanım Mehriban Əliyeva pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlər ətrafında məlumat verərkən bildirib ki, biz birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarı kifayət qədər tez qəbul etdik: "Mart ayı idi. Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi". Səhiyyə sahəsində görülən işlərə nəzər salan Mehriban Əliyeva "Biz qısa müddətdə on, sonradan isə daha iki - cəmi 12 modul tipli xəstəxana ala bildik"- deyərək, onu da qeyd edib ki, həmin xəstəxanalar çox qısa müddətdə ölkəyə gətirildi və yığıldı: "Bir ildən sonra, ilk ilin təcrübəsinə əsaslanaraq, hansı avadanlığın, hansı xəstəxanaların bizə lazım olduğunu biz dəqiq bilirdik. Məsələn, pandemiyanın ikinci ilində biz artıq sırf reanimasiya çarpayıları ilə təchiz olunmuş modul tipli xəstəxanalar sifariş edirdik, çünki aydın oldu ki, adi çarpayılarla problem olmayacaq, reanimasiya çarpayıları ilə isə ola bilər".
"BU GÜNƏ QƏDƏR BİZDƏ YAŞI 18-DƏN YUXARI OLAN İNSANLARIN TƏQRİBƏN 70 FAİZİ İKİ DOZA VAKSİN ALIB"
Əlbəttə ki, pandemiyadan yeganə çıxış yolu əhalidə virusa qarşı kollektiv immunitetin formalaşmasıdır. Kollektiv immunitetin qısa müddətdə və təhlükəsiz yolla formalaşması yalnız vaksinasiya ilə mümkündür. Qeyd etdiyimiz kimi, ölkədə kollektiv immunitetin formalaşması istiqamətində artıq bir sıra tədbirlər görülmüşdür. Bu günün reallığı onu deməyə əsas verir ki, koronovirusa qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır. Bu gün artıq Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə əhali koronavirusa qarşı peyvənd olunur. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan Cənubi Qafqazda isə ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Mehriban xanım Əliyevanın bildirdiyi kimi, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı: "Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara alındı və seçim vardı. … Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, "omikron" epidemiyanın sonu ola bilər. Bununla bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, - vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət olmamalıdır, - ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib".
Bu günün reallığı onu deməyə əsas verir ki, koronovirusa qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer" kimi peyvəndləri istifadə edilir. Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 32 min 591 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2209, ikinci doza üzrə 1509, üç və daha çox doza vaksinlərin sayı 27 min 210, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 1663-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 896 min 808, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 293 min 8, ikinci mərhələ üzrə 4 milyon 780 min 282, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 623 min 773, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 199 min 741-dir. Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir ki, hər kəs bu məsuliyyəti dərk edib vaksin olunmalıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB