Bəyannamə Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə zəmin yaradır

Bəyannamə Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə zəmin yaradır

Müstəqilliyimizin bərpasından 30 ildən çox bir zaman keçib ki, bu dövr ərzində Azərbaycan beynəlxalq xarici siyasətində də mühüm addımlar atılıb. Bu zaman kəsiyini Azərbaycan dünya dövlətləri ilə yeni əlaqələr qurarkən eyni zamanda da qonşu dövlətlərlə olan əlaqələrini gücləndirdi. Ərazi baxımından kiçik olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətə çevrilən ölkəmiz Vətən müharibəsində əldə etdiyi qələbə ilə torpaqlarını işğalçılardan təmizlədi, regionda yeni geosiyasi reallıqlar yaratdı. Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında humanitar, siyasi, iqtisadi və digər sahələr üzrə ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir. tarixə nəzər salsaq görərik ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 1997-ci ildə əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqında müqavilə, 2008-ci ildə dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə, 2018-ci ildə iqtisadi əməkdaşlıq haqqında Birgə bəyanat imzalanmışdı. Mühüm əhəmiyyətə malik olan bu sənədlərlə yanaşı bu ilin 22 fevral tarixində daha geniş və əhatəli bir sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də imzalanıb. Beləliklə, iki qonşu ölkə arasındakı münasibətlər əməkdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldiyini hesab etmək olar. Sənədin preampula hissəsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, Helsinki Yekun Aktına istinad edilir. Bəyannamənin 9 maddəsində birbaşa olaraq, digər maddələrində isə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, xalqların suverenliyi ruhunun əksini tapdığını aydın görmək olur. İmzalanmış 43 maddənin bir hissəsi sosial-iqtisadi, humanitar məsələlərlə, bir hissəsi hərbi-texniki məsələlərlə, bir hissəsi isə Xəzər dənizinin hüquqi statusu haqqında qəbul edilmiş 2018-ci il tarixli Konvensiyaya istinadən Xəzər hövzəsində əməkdaşlıqla bağlıdır. Eyni zamanda 10 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərin nəticələrinin realizə olunmasına dair maddələr isə xüsusi olaraq öz əksini tapıb. İki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırıldığını isə hərbi-texniki və hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq haqqında olan maddələrdən görmək olar. Bildiyimiz kimi. Rusiyanın hərbi sənaye kompleksləri dünyanın ən aparıcı hərbi-sənaye komplekslərindən biridir. Beləliklə Azərbaycanda yeni qurulan bu sahənin inkişaf etdirilməsi, Azərbaycan məhsullarının beynəlxalq bazara çıxması, birgə məhsulların istehsalı, təhlükəsizliyi, təminatı baxımından böyük perspektivlər yaranır. Eyni zamanda, Rusiya və Azərbaycan sadəcə Xəzərdə keçirilən hərbi təlimlərdə iştirak edə bilirdisə yeni müttəfiqlik sənədi ilə bu təlimlərin keçirilmə arealı da genişlənmiş oldu. Bu sənəd həm də Ermənistanın qarşılıqlı hüquqi müqavilə əsasında Rusiya Federasiyasından Azərbaycana qarşı istifadə etmək cəhdlərinin qarşısını da almış olur. Bu sənəd Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı həm də Rusiya üçün də qarşılıqlı əhəmiyyətli kəsb edən bir sənəddir.

Xüsusilə vurğulamaq lazımdır ki, son dövrlər Rusiyanın qarşılaşdığı çağırışlar fonunda Azərbaycanla əlaqələr mühüm önəm kəsb edir. çünki Azərbaycan Rusiya ilə müsəlman dünyası, ilk növbədə türk dünyası arasında körpü rolunu xatırladır.

Son bir il ərzində Şuşa Bəyannaməsi, Moskva Bəyannaməsi, Aİ ilə imzalanması nəzərdə tutulan saziş diplomatik məharət tələb edən hadisələrdir. Prezident İlham Əliyev bu gün həm dünyada, həm qərb, həm də şərq bloku ilə ortaq mövqe tutub ki, bu da Şərqlə Qərbin görüşlərini, danışıqlarını aparacaq bir mühit yaradıb. Cənab Prezidentin yürütdüyü xarici siyasətdə heç bir dövlətin Azərbaycan ərazisindən digər qüvvələrin istifadə etməsinə şərait yaratmayıb. Azərbaycan son illər ərzində apardığı uğurlu xarici siyasətin artıq bəhrəsini görməkdədir.

Xumarə Familli

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə