Ermənistan bir daha dərk etdi ki... - PARTİYA SƏDRİ AÇIQLADI

Ermənistan bir daha dərk etdi ki... - PARTİYA SƏDRİ AÇIQLADI

"Fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik bəyannaməsi əslinə qalsa, Azərbaycan ilə Rusiya arasında son dövrlər mövcud olan vəziyyəti rəsmiləşdirdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, hələ 2020-ci ilin oktyabrında Vətən müharibəsi zamanı Putin açıq şəkildə bildirmişdi ki, Rusiya üçün Azərbaycan və Ermənistan eynidir: "Hər ikisi Rusiyaya eyni dərəcədə yaxındır. Ermənistan Rusiyanın "forpost"u kimi fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin apardığı müdrik siyasət imkan verirdi ki, Azərbaycan ilə Ermənistan Rusiyanın nəzərində eyni olsun. Əslinə qalsa, müharibə dövründə nisbi neytrallıq nümayiş etdirməklə Rusiya daha çox Azərbaycanın yanında olduğunu göstərdi. Müttəfiqlik bəyannaməsi bu vəziyyəti rəsmiləşdirdi. Ermənistan bir daha dərk etdi ki, Rusiya həmçinin Azərbaycanın müttəfiqidir. Çünki Rusiya regionun əsas dövlətidir və bütün problemin həllində söz sahibidir. Hesab edirəm ki, indiki vəziyyətdə Ryusiya ilə Ukrayna arasında hərbi münaqişənin başladığı bir dövrdə müttəfiqlik bəyannaməsinin imzalanması Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyətə malikdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə