Rusiya XİN-in keçmiş müavini: Cənubi Qafqazda sabitlik yalnız Azərbaycandan asılıdır - ŞƏRH
Məlum olduğu kimi, fevralın 22-də Vladimir Putin və İlham Əliyev Moskvada tarixi bir sənəd- Müttəfiqlərin Əməkdaşlığı haqqında Bəyannaməni imzaladılar, iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırdılar. Ardınca Rusiya Ukraynada hərbi əməliyyatlara başladı həm regionda həm də beynəlxalq vəziyyət gərginləşdi. Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov belə çətin geosiyasi vəziyyətdə müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının həm Moskva, həm də Bakı üçün əhəmiyyətini, həmçinin Ukraynadakı vəziyyətin nəyə səbəb ola biləcəyi haqda fikirlərini “Moskva-Baku” platformasına şərh edib. Ekspertin fikrini oxucularımza təqdim edirik.
- Düşünürəm ki, İlham Əliyev Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı öz milli təhlükəsizliyini əsas götürərək həyata keçirdiyini anlayır. Üstəlik, Azərbaycan prezidentinin bu anlayışı Qarabağ münaqişəsi təcrübəsindən irəli gəlir, o zaman vəziyyət neçə il davam edib və o qədər çətinləşib ki, konkret addımlar atmaq lazım gəlib. Nə qədər ki, Qarabağ münaqişəsi var idi, Azərbaycan özünün tam təhlükəsizliyinə arxalana bilməzdi.
İlham Əliyev Rusiya ilə Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməni imzalamaqla əslində düzgün iş gördü. Ukrayna ətrafındakı vəziyyətdən asılı olmayaraq. Axı bu sənəd münasibətlərin keçid keyfiyyətindən bəhs edir. Və münasibətlərin bu keyfiyyəti indiki vəziyyətdən asılı deyil. İmzalananlar uzunmüddətli sənəddir, dünyada mövcud vəziyyətə baxmayaraq, təmasların uzunmüddətli baxışıdır. Və münasibətlərin səviyyəsinin yüksəldilməsi həm Rusiya, həm də Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edirdi. Son illər xüsusilə göstərdi ki, Moskva ilə Bakının münasibətləri, liderlər arasındakı münasibətlər etimad münasibətidir, bu, birgə hərəkət etməyə, bütün məsələlərdə irəli getməyə hazır olmaqdır. İndi biz Azərbaycan prezidentindən Rusiyanın müxtəlif sahələrdə fəaliyyətini ən yüksək qiymətləndirən, o cümlədən Rusiyanın KTMT-də xüsusi rolunun tanınması ilə bağlı çoxlu müsbət bəyanatlar eşitmişik.
Yeri gəlmişkən, Bakı Rusiya üçün müttəfiq statusu aldıqdan sonra Azərbaycanla Ermənistanı müqayisə etməyi məqbul hesab etmirəm. Yenə də Azərbaycan və Ermənistan fərqli müstəvilərdədir. Ermənistan KTMT və Aİİ-nin üzvüdür. Azərbaycan isə həm Rusiya ilə, həm də başqa dövlətlərlə əlaqələri olan müstəqil dövlət kimi inkişaf edir. Rusiya üçün isə bu, tarazlıq məsələsi deyil, Moskva üçün Cənubi Qafqazda sabitliyin prinsipial əhəmiyyət kəsb etməsindən gedir. Bu gün Cənubi Qafqazda sabitlik, yalnız Azərbaycandan asılıdır. Və başqa heç kimdən. Azərbaycanın statusu getdikcə artır. Onun Rusiya ilə imzaladığı bəyannamə isə yalnız bunu təsdiq edir.
Yerevanın bu bəyannaməyə müsbət reaksiya verdiyini, bunun regionda sülhün və əməkdaşlığın bərqərar olmasına töhfə verəcəyini vurğuladığını söyləmək yerinə düşər. Ermənistan bu gün həyəcan rejimindədir. Və bu rejim yalnız sakitlik tələb edir. Ermənistan üçün isə sülhü ancaq Rusiya və Azərbaycan təmin edə bilər.
Ukrayna ətrafında vəziyyətə gəlincə. Burada, prinsipcə, Türkiyə və Çin, İran baş verənlərə az-çox təmkinli reaksiya verir. Türkiyə hələ də bir çox sahələrdə Rusiya ilə əməkdaşlıqdan asılıdır. Həm Suriyada və iqtisadiyyat baxımından. Siyasi müstəvidə Rusiyanı dəstəkləyəcək, amma yenə də öz yolu ilə gedəcək. O, BMT Təhlükəsizlik Şurasında Rusiyanı pisləyən qətnaməyə qarşı çıxacaq, amma çətin iqtisadi vəziyyət yaranarsa, bizə kömək edə bilməyəcək.
Amma açığını desəm, Rusiya üçün çətin vəziyyət yarana bilər. Qərbin bizə qarşı hansı sanksiyaları tətbiq edəcəyini anladığımız üçün böyük ehtimalla sabah vəziyyət bəlli olacaq. Rusiya nə etdiyini bilirdi, baxmayaraq ki, bir çoxları Qərbin bizim hərəkətlərimizi udacağını və özünü bəzi yumşaq sanksiyalarla məhdudlaşdıracağını düşünürdü. Təəssüf ki, bu belə deyil. Biz tamamilə konsolidasiya edilmiş Qərb görürük. Qərb indi faktiki olaraq Ukraynaya həm hərbi, həm də maliyyə cəhətdən çox kömək edir. Çoxlarında bütün bunların bir gündə bitəcəyi illüziyası var. Bu doğru deyil. Ukrayna Yuqoslaviya və ya Suriya deyil. 40 milyon əhalisi olan bir ölkədir və təəssüf ki, bu əhalinin əhəmiyyətli bir hissəsi anti-Rusiyadır. Ona görə də tankların üzərində hansısa rənglərin olmasını gözləməyə ehtiyac yoxdur... Bu, çox ciddi məsələdir və bu, bütün postsovet məkanının məsələsidir. Rusiya ilə Ukrayna arasındakı münaqişə bütün postsovet məkanı üçün sınaqdır. İndi vəzifələrdən biri bütün bu mənfi nəticələri minimuma endirməkdir. Qərblə sərt qarşıdurmaya getmədən və onu Ukraynaya təsir göstərməyə və irəli sürdüyümüz şərtləri qəbul etməyə inandırmağa çalışmaqla onları minimuma endirmək olar, əks halda vəziyyət, təəssüf ki, böyük insan itkisinə səbəb ola bilər.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB