Bu gün Prezidentimiz Cənab İlham Əliyev ölkəmizin, xalqımızın milli maraqlarına uyğun düşünülmüş, məqsədyönlü müstəqil xarici siyasət yürüdür. Bütün dünya ölkələri, o cümlədən qonşu ölkələrlə yüksək səviyyəli, münasibətlərin qurulması dövlətimizin başçısı üçün prioritet hesab etdiyi məsələlərdəndir. Cənab İlham Əliyev Türk dövlətləri ilə münasibətlərə çox önəm verir. Ölkəmizin qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Düşünülmüş, üzaqgörən, çoxşahəli xarici siyasət nəticəsində ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin 22 fevral 2022-ci il tarixində Moskvada Azərbaycan Respublikasının “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar. İmzalanmış Bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər artıq dostluq münasibətlərindən müttəfiqlik səviyyəsinə yüksəlmiş olacaq. Bəyannamənin əsas məqsədi və məramı ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamağa, eyni zamanda hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Bəyannamədə o da qeyd edilir ki, hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar.
Dost, qardaş Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə, öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət əldə edir. Bəyanatda iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öz əksini tapıb. Bu da mühüm məqamlardan biridir.
Xalqımızın deyil, düşmən dairələrin maraqlarına xidmət edən AXCP və Milli Şura adı altında toplaşan anti-milli qüvvələrin bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddia etsələr də müqavilənin müdəalarını oxuyan, dərk edən hər bir vətəndaş açıq şəkildə görür ki, Moskva Bəyanəmənin bütün müddəaları tam olaraq ölkəmizin maraqlarına uygundur. Bəyannamə Ermənistana böyük zərbədir və sənəddə vurğulanır ki, əsasən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməlidir.Moskvada imzalanmış Bəyannamə Azərbaycanın daha bir diplomatik uğuru, daha bir Zəfəridir. Türkiyə və Rusiya kimi güclü, qüdrətli dövlətərlə müttəfiq olmaq, Azərbaycanın da qüdrətli dövlət olduğunu nümayiş etdirir.
Prezidentimiz, partiyamızın sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün heç zaman olmadığı qədər güclü, heç zaman olmadığı qədər qüdrətlidir. Azərbaycanın gələcək inkişafı isə məhz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən asılıdır.
Cingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB