Müttədiqlik bəyannaməsi ermənilərin xəyallarının üzərindən xətt çəkdi - MÜNASİBƏT BİLDİRİLDİ

Müttədiqlik bəyannaməsi ermənilərin xəyallarının üzərindən xətt çəkdi - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanla Rusiya prezidentləri arasında bağlanan müttəfiqlik bəyannaməsi Azərbaycan üçün xeyli imkanlar vəd edir. Bu bəyannamə onu göstərir ki, Rusiya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycana aid olduğunu qəbul edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, bu bəyannamə həm də ona görə əhəmiyytlidir ki, Ukrayna ilə Rusiya arasında olan münasibətlər göz qabağındadır: “Bu bizdə gələcəyə dair ümid yaradır ki, Rusiya Azərbaycana hücum etməyib. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi var. Bu baxımdan Azərbaycan dövləti xarici siyasətini uğurla davam etdirir. İqtisadiyyatımızın və ölkəmizin daha da güclənməsi istiqamətində işlər uğurla davam etdirilir. Digər tərəfdən Rusiyada 3 milyona yaxın azərbaycanlımız yaşıyır. Rusiya nə vaxtsa həmin azərbaycanlıları vətənlərinə geri göndərə bilərdi. Həmin azərbaycanlı şəxslər Azərbaycanda yaşayan qohumlarına maddi yardım edirlər. Ölkəmizə valyuta qazandırırlar. Bu baxımdan müttəfiqlik bəyannaməsi ölkəmiz üçün önəmlidir.

Həmçinin ermənilərin xəyallarının üzərindən xətt çəkildi. Artıq ermənilər də başa düşür ki, Rusiyadan istifadə edərək Azərbaycana təzyiq göstərə bilməyəcəklər. Bu hadisələr neytrallaşdırıldı. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi imzalandıqdan sonra Minsk qrupu arxivə gömülmüş oldu. Hesab edirəm ki, bundan sonrakı Azərbaycan-Ermənistan görüşləri Türkiyə-Azərbaycan-Ermənistan-Rusiya arasında baş tutacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə