Ermənistanda əhali arasında sarsıntı hökm sürür - MÖVQE

Ermənistanda əhali arasında sarsıntı hökm sürür - MÖVQE

“Birmənalı şəkildə sərhədlərimizdə erməni təxribatları qurtaran deyil. Birincisi, genetik olaraq erməni kilsəsi rəhbərliyi altında daim Rusiya, xristian, hətta müsəlman dövlətləri ələ alınaraq Azərbaycanda süni şəkildə erməni dövləti yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, eyni zamanda Albaniyanın xristian irsi mənimsənilib və xristian dünyası da bunu qəbul edib: “Bu isə genetik şəkildə Azərbaycan dövlətinə, xalqına nifrət yaradılmasına səbəb olur. Təbii ki, biz Azərbaycanla bağlılığını qəbul etmir və ən ağır şəkildə onları sərhədlərimizdən uzaqlaşdıracağıq.
İkincisi, son dövrlərdə ilk dəfə idi ki, ermənilər Rusiyaya güvəndiklərini və məğlub olduqları üçün bizə qarşı nifrət hissi bəslədiklərini bildirdilər. Təbii ki, bu uduzmağın da heyfini çıxmaq istəyirlər. Buna isə özlərinin gücü çatmır. Təbii ki, onlar sadəcə olaraq sərhədlərdə Rusiyadan yardım almağa güvənirlər.
Hazırda isə erməni dövlətinin öz daxilindəki problemlər olduqca çoxdur. Əhali arasında da məğlubiyyətdən doğan sarsıntı hökm sürür. Bu isə onların sərhədlərdə törətdikləri təxribatların əsas səbəbi kimi də qiymətləndirilə bilər.
Əlbəttə ki, Azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması ermənilərdə qıcıq yaradır. Eyni zamanda bəyan edilib ki, biz İrəvana tank üstündə deyil nümayəndələrimizin müşaiəti ilə gələcəyik. Erməniləri qorxudan da elə budur. Ermənilər hazırda bir çox mövzulara “suda batan saman çöpündən yapışar fikri ilə yaşayırlar. Buna görə də onların getdikcə tənəzzülə uğramaları gözlənilən prosesdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə