Əsrlərin sınağından çıxmış dostluq ŞƏRH

Əsrlərin sınağından çıxmış dostluq ŞƏRH

Qarşılıqlı əməkdaşlığı,səmimi müasibətləri illərdə bəri qoruyub saxlaya Rusiya ilə Azərbaycan arasrinıda genişlənən əlaqələr dostluğa,mehirban qonşuluğa, xalqlarımızın tarixinə əsaslanır. Əsrlərə söykənən bu dostluq münasbətləri ayrı-ayrı vaxtlarda müxtəlif çətinliklərlə, problemlərlə üzləşmişdir. Lakin bütün bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, münasibətlərin gələcəyi daha effektiv və perspektiv görünür.

Hər iki dövlət başçısının çıxışlarından, bəyanatlarından və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması mərasimlərdə səslənən səmimi sözlərdən də aydın olur ki, bunlar bir çox sahələri əhatə edir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb.

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarını özündə tam olaraq əks etdirir. Bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi qiymətləndirmək olar.

43 müddəadan ibarət olan bu bəyənnamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır.

Lakin hər zaman olduğu kimi, bu gün də bu bəyyənaməyə kölgə salmaq istəyən qüvvələr var. Amma onlar bilməlidirlər ki, Moskva Bəyannaməsi heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir: “Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərin daha da dərinləşməsində və ölkəmizin öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanmasına xidmət edir. Onu da qeyd etmək lazımdır ki, bugün Azərbaycan təkcə türk dövlətləri ilə deyil,həm də bütün Avropa ittifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir.Bütün bunlar bir daha sübut edir ki,ölkə başçımız- cənab İlham Əliyevin yürütdüyü siyasət vəMoskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir.

Zeynəb Əliyeva,

Xəzər rayonu Ə.Əliyev adına 125 saylı tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə