Rusiya-Ukrayna müharibəsində son proseslər NƏDİR?

Rusiya-Ukrayna müharibəsi rəsmən başlayıb. Rusiya prezidenti Vladimir Putin səhər saatlarında Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın işğalçı hərəkatına dünyanın hər yerindən reaksiyalar gəlib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatı pisləyən mesaj paylaşıb.

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə danışdığını söylədi. Zelenskinin onu Ukrayna xalqının yanında olmağa çağırdığını ifadə edən Bayden, "G7 liderləri ilə görüşəcəyəm və ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcək" deyib.

Hadisələrlə bağlı açıqlama verən ABŞ prezidenti Co Bayden, "Bu hücumun gətirəcəyi ölüm və dağıntıdan ancaq Rusiya məsuldur" deyib.

"ABŞ və müttəfiqlərinin vahid və qətiyyətli şəkildə cavab verəcəklərini" ifadə edən Bayden, "Bütün dünya Rusiya hərbi qüvvələrinin haqsız və əsassız hücumuna məruz qalan Ukrayna xalqı üçün dua edir" dedi.

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra ukraynalı həmkarı ilə görüşdüyünü deyib. Putinin “Ukraynaya qarşı bu səbəbsiz hücumu həyata keçirməklə qan tökmək və məhv etmək yolunu seçdiyini” ifadə edən Conson “tvitter”dəki mesajında ​​“Britaniya və müttəfiqlərimiz qətiyyətlə cavab verəcək” yazıb.

Kanadanın baş naziri Castin Trüdon da Rusiyaya müraciət etdi. "Ukraynaya qarşı bütün aqressiv və təxribat xarakterli hərəkətləri dayandırın və həm hərbi, həm də üçüncü tərəf qoşunlarını çıxarın" deyə Trüdon deyib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə