İrəvanda Avronest PA-nın komissiyalarının iclasları keçirilir

İrəvanda Avronest PA-nın komissiyalarının iclasları keçirilir

Fevralın 22-də İrəvanda Avronest Parlament Assambleyasının komitələrinin iclasları başlayıb. Belə ki, Avronest Parlament Assambleyasının Hüquq Məsələləri, İnsan Haqları və Demokratiya Komissiyasının iclasına hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Mariya Karapetyan rəhbərlik edib.

İclas iştirakçıları gündəliyi təsdiqləyərək müzakirələrə başlayıblar. Bugünkü müzakirə mövzularından biri də “Rusiyanın Ukrayna sərhədində hərbi varlığının artırılması”dır.

Xatırladaq ki, iclaslarda Azərbaycandan da iki deputat iştirak edir. Avronest komissiyalarının iclaslarının keçirildiyi yerə azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə gəliblər..

Ötən gün isə İrəvanda azərbaycanlı deputatların gəlişinə qarşı bir neçə etiraz aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə