Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu

Azərbaycan Respublikasının Birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə fərqlənən siyasəti Vətənin tərəqqisinə, onun dünya miqyasında sevilib tanınmasına böyük xidmət göstərmişdir. Özünün də qeyd etdiyi kimi “Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o tam kamilliyə xalqın alqışı, duası ilə çata bilər”. Həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin miqyasını təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayət olunan inkişafını görmək, duymaq elə də çətin deyildir.

Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006 – cı ildə isə İSESCO-nun xoş məramlı səfiri seçilməsi Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisədir. 2017-ci il fevralın 21-də Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.

26 sentyabr 2018-ci ildə İtaliyaya səfəri zamanı Azərbaycanın çoxşaxəli fəaliyyəti, dinlərarası və mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verilməsi qeyd olunmuşdur. 22 noyabr 2019-cu il RF prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya prezidentinin avqustun 13-də imzaladığı fərmanına əsasən “Dostluq”ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatı təqdim etmişdir. Bu görüş Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığında daha da güclənməsinə təkan vermişdir. Birinci xanım xüsusilə vurğulamışdır ki, təhsil və mədəniyyət sahəsində də əlaqələr daim inkişaf etməkdədir.

Vətənimizin bütövlüyünün bərpası uğrunda mübarizə aparan Birinci vitse-prezident 14 iyul 2020-ci il Tovuz döyüşlərində iştirak edən qəhrəman oğullarımızın şücaətini ABŞ və Qərbi Avropa ölkələrində dünya azərbaycanlılarının bir araya toplaşaraq keçirdikləri mitinqlərini dəstəkləməklə beynəxalq aləmə çatdırmışdır. Qarabağ münaqişəsinin təkcə Azərbaycanda yaşayan əhalinin yox, dünya ölkələrində məskunlaşan bütün azərbaycanlıların ümumi işi olduğunu bildirmişdir. Dünyanın erməni terrorizminə susmamasını, Azərbaycan həqiqətlərinin bəşəriyyətə çatdırılması Birinci vitse-prezidentin fəaliyyətinin başlıca istiqaməti olmuşdur. Mehriban xanım Əliyeva bütün dünya azərbaycanlılarının birgə hərəkət etməsini, azğınlaşmış düşmənə lazımi cavab vermək üçün diasporun bütün potensialının birləşməsini qeyd etmiş, çıxışının sonunu isə “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə tamamlamışdır.

Vətən müharibəsi dövründə də Birinci vitse-prezident səylə çalışmış, böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəməmişdir. Xüsusilə, terrora məruz qalan Gəncə, Bərdə, Tərtər şəhərlərinin günahsız, dinc əhalisinin vəhşicəsinə qətliamına dünya birliyinin susmamasını tələb etmişdir. Fəaliyyəti dövründə gördüyü işlərlə bütün dünya azərbaycanlılarını bir araya gətirməsinə xidmət etmiş vitse-prezident dünya liderlərinin xanımları arasında öz siyasi və mədəni fəaliyyəti ilə seçilən xanım obrazı yaratmışdır. Ölkəsinin və xalqının maraqlarını hər bir məqsəddən üstün tutması onun vəzifə səlahiyyətlərinin öhdəsindən məharətlə gəlməsini bir daha sübut edir.

Gülnar Qədirova

Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə