YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTO
2022-ci il fevral ayının 17-də YAP Qazax rayon təşkilatının Qazax şəhəri N.Nərimanov yaşayış massivi 35 ünvanında yerləşən Qazax Sukanal sahəsində işləyən partiya üzvlərinin müraciətinə əsasən yeni ərazi partiya təşkilatı təsis edilib. SİA-nın verdiyi məlumata görə, təsis iclasında “Azərsu” ASC Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov, mühəndis-qrup rəhbəri Çingiz Hüseynov, çilingər Əfqan Yusifov çıxış edərək Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs ediblər. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolundan, 30 ilə yaxın müddətdə keçdiyi şərəfli və tarixi yoldan ətraflı danışıblar.
Qazax şəhəri N.Nərimanov yaşayış massivi 35 ünvanı ərazi partiya təşkilatında təşkilati məsələyə baxılıb. Çingiz Hüseynov sədr, Əziz Bəxtiyarov sədr müavini seçilib.
Təsis iclasında iştirak edən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamıza bu nüfuzu qazandıran yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməlin birliyidir. Ulu öndər Heydər Əliyevin ideyalarının təbliğində fəal iştirak edən Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları öz sıralarında birləşdirməklə birliyin, həmrəyliyin nümunəsini ortaya qoyur. Partiyamız bundan sonra da yeni – yeni qələbələrə imza atacaqdır.
Anar Nəbiyev yeni yaradılan ərazi partiya təşkilatı üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB