Türkiyənin XİN başçısı koronavirusa yoluxub

Türkiyənin XİN başçısı koronavirusa yoluxub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub. SİA xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb:

“COVID-19 testimin nəticəsi pozitiv oldu. Xəstəliyi yüngül keçirirəm. İşlərimi bir müddət evdən davam etdirəcəyəm. Allah bütün xəstələrə şəfa versin”.

Bütün xəbərlər Facebook səhifəmizdə