Rusiya birmənalı olaraq Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunmasına qarşı çıxır
“Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüş bir neçə saat davam edib. Bu görüşün keçirilməsi, Emmanuel Makronun gəlişində də bir neçə məqsəd olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, əsas məqsəd Ukranya ilə Rusiya arasında olan gərgin vəziyyət və ümumi münasibətləri ilə bağlı olub. Burada əsas məsələ Rusiyadan nə tələb olunmasıdır. Bütövlükdə Amerika və Avropa Ukraynanı müdafiə edirlər. Rusiya Krımı işğal edib və bir neçə vilayətlər də tabesizlik göstərir. Bu gün Rusiya artıq həmin ərazilərə də əl qoyub. Buna görə də Rusiyadan işğallara son qoymaq, Ukranyaya hücum edərək vəziyyəti gərginləşdirməmək tələb olunur. Bu tələbləri Rusiyanın qarşısına Makron və onun təmsil etdiyi komanda, yəni bütün Qərb komandası qoyub. Rusiyanın Ukrayna sərhədlərinə göndərdiyi 100 mindən çox qoşun və texnikanın geri çəkilməsi, gərginliyin azaldılması və müharibənin qarşısının alınması tələb olunur. Bunun müqabilində təbii ki, Rusiya da müəyyən şərtlər irəli sürür. Rusiya birmənalı olaraq, qəti şəkildə öz mövqeyini ortaya qoyaraq bildirib ki, NATO Şərqə doğru irəliləməməlidir. Yəni Ukrayna NATO dövləti olmamalıdır. Eyni zamanda burada Gürcüstanın da adı çəkilir. Birmənalı olaraq Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunmasına Rusiya qarşı çıxır. Çünki artıq NATO Polşa, Ruminiya, Macarıstan kimi bütün Pribaltika ölkələri bu hərbi blokun nəzarətinə keçib. Demək olar ki, de-yure olmasa da de fakto Ukrayna da bu gün NATO blokunun nəzarəti altındadır. Ancaq de-yure qəbul olunmasının qarşısı alınmalıdır. Ukraynanın silahlandırılması dayandırılmalıdır. Ukraynaya göstərilən maliyyə yardımı, silah-sursat təminatına son qoyulmalıdır. Rusiya suverən, müstəqil dövlət olduğunu və öz sərhədlərində qoşunlarını necə idarə edəcəyinə özünün qərar verdiyinin, bunun şəxsi işi olduğunu bildirir. Bu məsələlər çox ciddi məsələlərdir. Hesab edirəm ki, Emmanuel Makron Putin ilə görüşündən müsbət heçnə əldə edib, apara bilmədi. Çünki Rusiya birmənalı olaraq öz mövqeyindən geri çəkilməyəcəyini, Ukraynanın NATO-ya qəbul olunmasına imkan verilməyəcəyini də bildirib. Bu da o deməkdir ki, Ukrayna tərəfindən belə bir cəhd olarsa Rusiya artıq buna müdaxilə edə bilər. Bu da ABŞ Prezidentinin təbirincə desək, artıq 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. Bu isə dünyanın fəlakətli vəziyyəti olar. Çünki Rusiya nüvə dövlətidir. Putin də bunla bağlı çıxışlarında bildirib ki, yaddan çıxartmayın ki, biz nüvə dövlətiyik. Təbii ki, bu hədə-qorxunun özü də nədənsə xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB