DDünyanın ən hündür bayraq dirəyi hazırlanır.
SİA-nın əldə etdiyi məlumata görə, layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək.
Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq.
Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB