Bu, Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək - MÜNASİBƏT BİLDİRİLDİ

Bu, Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması istiqamətində danışıqlar davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Antalyada keçiriləcək forumda Ermənistan nümayəndəsinin də iştirak etməsi gözlənilir: "Xüsusilə də forumda Nikol Paşinyanın iştirak edəcəyi haqda məlumatlar dolaşır. Amma Ermənistan tərəfi bunu təkzib edir. Düşünürəm ki, bu səfərin mahiyyəti ondan ibarətdir ki, Ermənistan ilə Türkiyə arasında konkret olaraq razılıq əldə olunması istiqamətində işlərə start verilsin. Paşinyan bu məsələni həll etməyə çalışır. Bundan əlavə Paşinyanın forum çərçivəsində səfəri Türkiyə rəsmiləri ilə danışıqlar aparmaqdan ibarətdir. Hesab edirəm ki, bu uğurlu bir siyasi gedişdir. Türkiyə-Ermənistan münasibətlərinin formalaşdırılması Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək. Xüsusilə Nikol Paşinyanın Türkiyəyə səfəri demək olar ki, Ermənistanın artıq prosesdə praqmatik addımların atması kimi xarakterizə etmək olar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə