9 fevral 2022-ci il tarixdə Şəki rayonu, Abbas kəndində Vətən müharibəsi şəhidlərindən olan Saleh Məmmədovun doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Daşqın Mikayılov, Şəki şəhər icra hakimiyyətinin əməkdaşları Tural Məmmədov, Yaşar Əbdurəhimov və digər məsul şəxslər, o cümlədən rayon ziyalıları və kənd sakinləri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Daha sonra ziyarətçilər kənd sakinləri tərəfindən inşa edilmiş xatirə bulağının açılışında olmuş, məktəbdə xatirə tədbiri keçirilmiş, o cümlədən, şəhid Saleh Məmmədovun həyatından, döyüş yolundan bəhs edən "Saleh Dastanı" adlı kitabın təqdimatı olmuşdur.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB