Fransa Avropa İttifaqının mühüm ölkələrindən biridi -SİYASƏTÇİO AÇIQLADI

Fransa Avropa İttifaqının mühüm ölkələrindən biridi -SİYASƏTÇİO AÇIQLADI

“Makron Avropa İttifaqının ən önəmli iki ölkəsindən biri olan Fransanın lideridir. Təbii ki, Ukraniya hadisələri də daxil olmaqla Avropanın təhlükəsziliyi ilə bağlı bütün məsələlərdə Fransa lideri fəal olmalıdır. Çünki əks təqdirə bu, Fransanın nüfuzdan düşməsinə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı yaranandan bəri Fransa daima bu ittifaqın lider ölkəsi kimi tanınır: “Fransanın Merkelin kanslerliyi dövründə vəziyyəti daha fərqli idi. O zaman Fransa siyasi çəkisinə görə Almaniyadan daha aşağı səviyyədə dayanırdı. Bu gün Merkelin hakimiyyətdən getməsi Fransa üçün yeni bri şans yaradıb. Artıq Fransada prezident seçkiləri başlayacaq. Seçkilərdən öncə Makronun siyasi fəalığı ona həm də reytinq qazandıracaq. Bu gün Ukrayna ərazinsə baş verənlər Avropa İttifaqının təhlükəsizliyi üçün bir çağırışdır. Ümumiyyətlə, bu gün biz dünya ölkələrinin həm Avropa, həm də Avrasiyada geosiyasi və geoiqtisadi proseslərlə bağlı bir sıra çağırışlarla üz-üzə gəldiklərinin şahidi oluruq. Bu çağırışlar sözsüz ki, Avropanın gələcəyini müəyyən edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə