Görüşün keçirilməsində Azərbaycanın özünə görə maraqları var - POLİTOLOQ AÇIQLADI

Görüşün keçirilməsində Azərbaycanın özünə görə maraqları var - POLİTOLOQ AÇIQLADI

"Hər ilin mart ayında Türkiyənin Ankara şəhərində diplomatiya forumu keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bunu da artıq bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan edib: "Hesab edirəm ki, son illər Ermənistan ilə Türkiyə arasında baş verən qarşılıqlı yaxınlaşma addımları, Ermənistanın bu foruma dəvət olunması və Paşinyanın burada iştirak etmək niyyəti onu göstərir ki, tərəflər arasındakı yaxınlaşma ilə bağlı bir razılıq var. Amma təbii ki, burada bütün məsələlərin həll ediləcəyi gözlənilmir. Düşünürəm ki, forum çərçivəsində Nikol Paşinyan ilə Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilməsi də mümkündür. Bildiyimiz kimi forumda həmçinin Ermənistanın xarici işlər naziri iştirak edəcək. Nəticə etibarilə burada həmçinin sülh məsələsi də müzakirə edilə bilər. Bundan əlavə Qarabağdakı son durum, ümumiyyətlə regional məsələlərin müzakirəsi də gözləniləndir. Düşünürəm ki, bu görüşün keçirilməsində həm Türkiyənin, həm Azərbaycanın, həm də Rusiyanın özünə görə maraqları var. Hesab edirəm ki, bu maraqlar fonunda baş tutacaq səfərin böyük əhəmiyyəti ola bilər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə