YAP Qəbələ rayon təşkilatında yeni sədr kollektivə təqdim olundu - FOTOLAR

YAP Qəbələ rayon təşkilatında yeni sədr kollektivə təqdim olundu - FOTOLAR

3 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında keçirilən video-konfransda ərazi üzrə ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər. SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Araz Salmanov Azərbaycanın ötən dövr ərzində möhtəşəm nailiyyətlərə imza atdığını, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulduğunu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin bütün Azərbaycan xalqına baş ucalığı gətirdiyini, öləkəmizin iqtisadi-siyasi qüdrətini daha da gücləndirmək üçün qarşıda yeni öhdəlik və vəzifələrin dayandığını qeyd edib və YAP Qəbələ Rayon Təşkilatının sədri Ağasəfov Abil Adil oğlunu yenidən təşkilat sədri kimi partiya üzvlərinə təqdim edib.

Tədbirdə çıxış edən Abil Ağasəfov rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətinə verilən müsbət qiymətə görə YAP Mərkəzi aparatının İdarə Heyətinə, ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri, Müzəffər Ali baş Komandan İlham Əliyevə və respublikamızın çiçəklənməsi naminə öz köməkliyini əsirgəməyən Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib. Çıxış edənlər təşkilatın sədri Abil Ağasəfovu təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.

Sonda yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə