Kadri Simson Bakıda görüşlər keçirəcək

Kadri Simson Bakıda görüşlər keçirəcək

“Sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasına həmsədrlik edəcəyəm. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq”.

SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson "Twitter"də yazıb.

Simson daha sonra əlavə edib: “Aİ və Azərbaycan arasında strateji enerji tərəfdaşlığını bir daha təsdiqləmək üçün zamanında olan bir fürsətdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə