YAP Şirvan şəhər təşkilatının yeni sədrinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 28 yanvar 2022 ci il tarixli iclasın qərarı ilə YAP Şirvan şəhər təşkilatına yeni sədri seçilmiş Zahir Məmmədyar oğlu Qəhrəmanovun təqdimat mərasimi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, təqdimat mərasiminə YAP-ın Mərkəzi İcra Aparatının məsul işçisi Ramil Mirzəyev onlayın qoşulub.
Ramil Mirzəyev İdarə Heyətinin qərarını YAP Şirvan şəhər təşkilatının üzüvlərinin diqqətinə çatdırıb.
Mərasimdə YAP-ın veteran üzvləri Təranə Ağayeva, Səadət Quliyeva, İsmayıl Yusubov, Mehriban Əliyeva, Adəm Hüseynov çıxış edərək Zahir Qəhrəmanovun yeni sədr vəzifəsinə təyin edilməsinə görə partiyanın sədri, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə və İdarə Heyətinin üzvlərinə dərin təşəkkürlərini bildiriblər.
Qeyd ediblər ki, Zahir Qəhrəmanov partiyanın Şirvan şəhər təşkilatının 1993-cü ildə yaradılmasında və formalaşmasında xidmətləri olmuş və şəhərin ictimai siyasi həyatında fəal iştirak edən ən əsası əhali arasında nüfuz qazanmış insandır.
Zahir Qəhrəmanov öz növbəsində çıxış edərək partiyanın Sədri, cənab Prezident İlham Əliyevi və İdarə Heyətinin üzüvlərini ona göstərdikləri etimada görə təşəkkür edərək qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirəcəyini bildirib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB