Vaan Kerobyan: “Ermənistanın iqtisadiyyatı Türkiyə üçün açıqdır” TƏƏCCÜBLÜ
“Türkiyə şirkətləri hər zaman erməni şirkətlərinin kapitallarında yer alıb”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərlə keçirdiyi brifinqdə bu fikirlərini açıqlayıb.
Erməni nazir KİV nümayəndələrinin Türkiyə vətəndaşlarının Ermənistanın investisiya proqramlarındakı iştirakları haqqında məlumatları öyrənmələri üçün dövlət reyestrinin mərkəzi depozitarisinə müraciətlər ünvanlamağı tövsiyə edib.
“Hökumətin hədəfi ondan ibarət deyil ki, iqtisadiyyatımızı digər ölkələrin üzünə bağlayaq, əksinə, bizim marağımız bazarda rəqabətədavamlı şirkətlərə sahib olaraq onu inkişaf etdirməkdən ibarətdir”, Kerobyan deyib.
O, həmçinin qeyd edib ki, bu gün Avropa şirkətlərinin Çindən çıxaraq yaxın regionlara dəyişmələri tendensiyası müşahidə olunur. Avropa İttifaqı Çində işləyən şirkətlərin məhsullarına logistik xidmətlərdəki qiymət artımına görə əlavə vergilər tətbiq edir, Çində işləmək isə artıq daha az cəlbedici görünür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB