Azərbaycan regiona yeni reallıq, yeni imkanlar gətirib - MÜNASİBƏT BİLDİRİLDİ
"“Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi bir çox cəhətdən maraqlıdır. Birincisi, veriliş ənənəvi müsahibə formasından bir qədər kənardır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, verilişdə sadəcə faktlar sadalanmır, eyni zamanda onlara siyasi qiymət verilir: "Bu və ya digər qərara gəlib çıxılan yol bir daha analiz edilir. Cənab Prezident Azərbaycanın gələcəyi ilə bağlı məsələlərdən danışarkən bəzi məsələlərin 100 il bundan sonrakı vəziyyəti ilə bağlı indidən tədbir görüldüyünü vurğuladı. Bu energetikanın, loqistikanın, yol infrastrukturunun qurulması, qeyri-neft sektorunun inkişafı məsələləridir. Cənab Prezidentin verilişdə gətirdiyi misallar onu göstərir ki, bu istiqamətdə çox böyük işlər görülür. Bunların içərisində ən vacib və əhəmiyyətlisi Azərbaycanın öz imkanlarına söykənərək ərazi bütövlüyünü təmin etməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməsidir. Azərbaycan bununla regiona yeni reallıq, yeni imkanlar gətirib. Bu təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün, ümumilikdə dünya üçün maraqlıdır. Azərbaycan bu gün beynəlxalq birlikdə rol oynayır. Onun Qoşulmama Hərəkatına rəhbərlik etməsi, 30-dan çox ölkəyə covid-19 xəstəliyi ilə mübarizə üçün yardım göstərməsi, 150 min doza peyvəndin digər ölkələrə verilməsi, ümumilikdə bunların hamısı Azərbaycanın bir dövlət kimi püxtələşməsini, dünyada böyük nüfuz qazanmasının tək öz maraqlarını deyil, eyni zamanda Azərbaycan ilə dostluqda olan ölkələrin də problemlərin həllinə göstərilən böyük bir diqqətdir.
Veriliş Azərbaycanın həm bu günü və sabahını, həm Azərbaycanın söykəndiyi dəyərləri və apardığı siyasəti, eyni zamanda Azərbaycanın siyasət texnologiyasını görməyə və qiymətləndirməyə imkan verir. Bunların yaradıcısı və həyata keçirən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB