YAP Nəsimi rayon təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzi ziyarət edilib FOTOLAR
2 Fevral Gənclər Günü münasibəti ilə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, aparatın işçiləri və bir qrup fəal gənci Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məlumdur ki, hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gənclər Günü kimi qeyd edilir. Bildiyimiz kimi, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə Gənclərin 1-ci Forumu keçirilidi. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişmişdir. Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Ulu Öndər Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim yeni nəslə aşılanmalıdır. Fəallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən stendlərə, fotosərgilərə baxmışlar və Ulu Öndərin irsini dərindən öyrənmişlər. Xalqımızın Ümummilli Liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP Nəsimi rayon təşkilatının fəalları Ulu Öndər Heydər Əliyevin bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni naminə çalışdığına bir daha əmin olmuşlar.
Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd etmişlər ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi daim gənc nəslin qəlbində yaşayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB