Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işguzar səfərə yola düşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Xatırladaq ki, yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня