Şuşanın qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan edirik -POLİTOLOQ MÖVQE BİLDİRDİ
"Bu ilin “Şuşa ili” elan olunmasının mədəni tərəfləri, tarixi əhəmiyyəti və Azərbaycan xalqı üçün misilsiz önəmi var. Eyni zamanda bütöv türk dünyası və Azərbaycanla əlaqəsi olan dövlətlər və xalqlarla münasibətimizdə önəmli haldır ki, biz Şuşanın qədim bir Azərbaycan şəhəri, qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu qərarın siyasi əhəmiyyəti də çox böyükdür. Şuşa təqribən 28 il ərzində işğalda olub. Bu 28 il ərzində ermənilər bütün dünyada çox ciddi təbliğat aparıblar. Şuşanın guya erməni şəhəri olduğunu, hətta adını "Şuşi" deyə adlandırmaqla bu təblliğatı apardığının şahidi oluruq. Hazırda da Azərbaycan Ermənistanla münasibətləri tənzimlənməyə çalışır. Baxmayaraq ki, biz post-münaqişə dövrünə qədəm qoymaq istəyirik, bununla yanaşı ermənilərin siyasi dairələrində revanşist qüvvələr, bütövlükdə azərbaycanafobiya, türkəfobiya ilə yaşayan qüvvələr var ki, o qüvvələr bu gün də dünyada müxtəlif qurumlarda elan edirlər ki, Azərbaycan Dağlıq Qarabağın Hadrut və Şuşa şəhərlərini işğal edib. Yəni təsəvvür edin Azərbaycan öz ərazilərini işğaldan azad edir, Qarabağın dağlıq hissəsində olan digər ərazilərində Azərbaycana aid olduğu bilinir, həmin o həyasız dairələr, yenə də, dünyaya bəyan edirlər ki, Azərbaycan oranı işğal edib.
Nadir Şəfiyev bu barədə fikirlərini belə izah edib: "Bu ilin “Şuşa İli” elan olunması ilə bunun tarixi aspektləri üzə çıxarılmalıdır və dünyaya təqdim olunmalıdır. Bu artıq siyasi məqamdır. Bütün dünya bunu yalnız dildə deyil, bunu həm də elmi cəhətdən dərk etsin ki, Şuşa Azərbaycanın ayrılmaz hissəsi və Azərbaycanın qədim şəhərlərindən biridir. Eyni zamanda Azərbaycan cəmiyyətinin daxilində də bunun həm mənəvi, həm siyasi əhəmiyyəti var. Yəni “Şuşa İli”nin elan edilməsi elə tədbirlərlə həyat keçirilməlidir ki, bu il artıq Şuşa əhalisi üçün Şuşadan kənarda yaşamağa məcbur olduğu son il olsun. Şuşa camaatı öz elinə, öz torpağına qovuşmalıdır. Bütün dünyanın siyasi və elmi dairələri birmənalı şəkildə qəbul etməli və anlamalıdır ki, Şuşa qədim Azərbaycan şəhəridir, Şuşa Azərbaycanın döyünən ürəyi və mədəniyyət beşiklərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB