Şuşa Azərbaycan mədəniyyətinin rəmzidi -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi həm siyasi, həm də mənəvi baxımdan Azərbaycan xalqı üçün xüsusi önəm daşıyır. Çünki müharibənin müqəddəratı Şuşa ilə həll olundu. Həmçinin Şuşa Azərbaycan xalqının milli ruhunun və hərbi qələbəsinin təntənəsidi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Şuşa Azərbaycan xalqının musiqi beşiyidi: “Onu Azərbaycan xalqının mədəniyyətinin rəmzi kimi də qiymətləndirmək olar. Yeni ilin “Şuşa ili” elan olunmasında digər bir məqsəd erməni vandallarının vəhşiliklərini unutdurmamaqdı. Şuşada müəyyən quruculuq işləri həyata keçirilir və daha sonra köçürülmə prosesi baş tutacaq. Buna görə də biz bu məsələni daima gündəmdə saxlamalıyıq. Şuşanın alınması eyni zamanda Azərbaycan əsgərinin nümunəsidi. Bu ilin məhz “Şuşa ili” elan edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığı kimi də qiymətləndirmək olar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə