Onlar çox can atırlar ki, dədə-baba torpaqlarını görsünlər - ŞƏRH EDİLDİ

“Bu gün “məcburi köçkün” və “qaçqın” sözləri yoxdur. Artıq bu insanların torpaqları var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu insanların ürəyindəki tək arzu o idi ki, qayıdış olsun: “Elə Böyük Qayıdış da bu arzuya ən bariz nümunədir. Bu nəhəng işi həyata keçirən cənab Prezident İlham Əliyev, Onun apardığı müdrik xarici siyasət, hərbi quruculuğun sahəsində Azərbaycan Ordusunun birinci 50 illikdə olması, bizim uğurlarımız və iqtisadiyyatın inkişafıdır”.

Deputat sözlərinə belə davam edib: “Mən cəsarətlə deyərdim ki, dünyada yaşayan 50 milyondan çox azərbaycanlılar bu addımı ürəkdən dəstəkləyərək alqışlayırlar. Bu müsbət hadisələr onlar üçün də çox maraqlıdır. Onların arasında bir çox adamlar var ki, etnik Qarabağlıdır və çox can atırlar ki, dədə-baba torpaqlarını görsünlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...