Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə məsələ parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Belə ki, komitənin iş planında Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası yanvarın 17-dən başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə