Koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır ERMƏNİSTANDA

Yanvarın 22-i tarixinə Ermənistanda koronavirusa yoluxanların sayı 940 nəfər artıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə 5812 test aparılıb, 127 vətəndaş sağalıb.

Nazirliyin məlumatına görə, ümumilikdə, koronavirusa yoluxanların sayı 350 897 nəfərdir, hazırda xəstəxanalarda 7242 xəstə müalicə olunur.

Qeyd olunur ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 8026-ya, digər səbəblərdən ölənlərin sayı isə 1520-yə çatıb. Ötən gün xəstədə koronavirus infeksiyası təsdiqlənərkən 1 ölüm qeydə alınıb.

Bu ölkədə ümumilikdə 2 669 792 koronavirus testi aparılıb.

Xatırladaq ki, əhalisinin sayı az olmasına baxmayaraq, Ermənistanda koronavirusa yoluxma halları hədsiz dərəcədə çoxdur və getdikcə də artır. Səbəb isə ölkənin səfalət içərisində olması, rifah halının zəif və təminatın yox dərəcəsində olmasıdır ki, bu da vətəndaşların immun sisteminin mübarizə apara bilməməsidir. Üstəlik, bu ölkədə səhiyyə sisteminin də dağınıq olması, dərman preparatlarına olan tələbatın ödənilməməsi yoluxma sayının artmasına rəvac verir. Belə davam edəcəyi təqdirdə Ermənsitanda daha sürətli yoluxma müşahidə olunacağı gözləniləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...