Hansısa neqativ hallar baş verərsə onların qarşısı dərhal alınacaq - POLİTOLOQ AÇIQLADI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra məsələlərə toxundu, o cümlədən dövlət məmurlarına da səsləndi və onlara rəsmi qaydada vəzifəyə təyin edilərkən təlimatlar verilib ki, korrupsiya ilə bağlı, rüşvətxorluqla bağlı ciddi mübarizə aparsınlar”. Bu sözləri SİA-ya açıqlaçasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, əgər bu və ya digər məmurlar çirkaba bulaşırsa bunun cəzaları çox sərt olacaq: “Biz 2019-cu ildən bu yana genişmiqyaslı kadr və struktur islahatları müşahidə edirik. Demək olar ki, dövlət hakimiyyətinin hər qolunda bu islahatlar genişmiqyaslı xarakter alır. Yeni çağırışlara cavab verən kadrlar vəzifələrə təyin olunur. Lakin onların da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparması bu gün önəmli bir prioritetdir. Eyni zamanda onlar da əgər yanlış yollara baş vuracaqsa onların da cəzaları çox sərt olacaq. Bu barədə Prezident çox ciddi mesajlarını verdi. Eyni zamanda bu gün ictimai iştirakçılıqla bağlı məsələlər də siyasi gündəlikdədir və Prezident müxtəlif kanallar vasitəsilə dövlət məmurlarının fəaliyyətinə nəzarət edir. Həm media orqanları vasitəsilə, həm sosial şəbəkələr vasitəsilə, həm də vətəndaşların özlərinin müraciəti ilə həyata keçirilir və bu çox effektiv bir mexanizmdir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlar öz təsdiqini tapırsa dərhal cəzalandırıcı tədbirlər həyata keçirilir və bu həssas bir dövrdə təbii ki, dövlət məmurları da təlimatlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Yanlış yollara əl atmamalıdırlar. Bununla da Prezidentin etimadını qazanmalıdırlar.

Əgər hər hansısa qanun pozuntusu aşkarlanarsa o zaman onlara çox sərt cəzalar tətbiq ediləcək. Bu çox önəmli bir mesajdır. Çünki Azərbaycan xarici siyasətdə böyük uğurlar əldə edib, Vətən müharibəsində qalib gəlmişik və bu xüsusda daxili siyasətdə də dövlət idarəçilik institutlarınıın fəaliyyətini nizamlanması önəmli bir sahədir. Bu sahədə Prezident diqqətini hər zaman göstərir. Düşünürəm ki, bundan sonra da daha dərin şəkildə bu ictimai iştirakçılıqla nəzarət həyata keçiriləcək və hər hansısa neqativ hallar baş verərsə onların qarşısı dərhal alınacaqdır”.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...