Ermənistan daxilində monolit bir siyasi sistem mövcud deyil - SİYASİ EKSPERT AÇIQLADI

"Ermənistan tərəfinin bu cür təxribatları son deyil və böyük ehtimal hələ davam edəcək. Çünki Ermənistan daxilində monolit bir siyasi sistem mövcud deyil. Biz anlamalıyıq ki, məkrli, eyni zamanda qarışıq bir ölkə ilə qonşuyuq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, burada erməni diasporunun, eyni zamanda digər xarici qüvvələrin təsiri var: "Onların hərəsi Ermənistanı bir tərəfə çəkir. Xüsusən indiki Türkiyə ilə Ermənistan arasında dialoqun intensivləşdiyi bir məqamda bu halların baş vermə ehtimalı olacaq. Çünki dediyim kimi bunu bu ölkənin daxili, həm də xaricində qısqanclıqla qəbul edənlər var. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi tanıdıqdan, sülh müqaviləsi bağlandıqdan və iki ölkə arasında xalqlar arasında əlaqələr genişləndikdən sonra etimad mühiti daha da güclənəcək. Bəlkə bundan sonra bu cür təxribatlar azalar. Təklif edirəm ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında bir sülh komissiyası yaradılsın və bu cür təxribatlar vaxtaşırı bu komissiya tərəfindən qınanılsın. Biz bu komissiya vasitəsi ilə erməni cəmiyyəti ilə fəal informasiya işi də apara bilərik. Tərəflər nə qədər bir-birindən uzaq olacaqsa, belə hallar baş verir və dediyim kimi bunda maraqlı olan tərəflər mövcuddur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...