“Narazılıqlara görə ümumi ölçü götürüləcək” - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

“Narazılıqlara görə ümumi ölçü götürüləcək” - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Sülhməramlıların fəaliyyəti yerli KİV-lərə müsahibəsi zamanı cənab Prezident tərəfindən tənqid olundu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, xüsusilə vurğulandı ki, sülhməramlıların canfəşanlıq göstərdiyi odur ki, Qarabağdan ermənilər daha az çıxsın.

“Bu, həm gediş-gəlişlə bağlı, eyni zamanda digər məqamlarla əlaqədar məsələlər bizim də bildiyimiz məsələlərdir. Bunlar hamısı onun nəticəsidir ki, sülhməramlıların mandatı yoxdur. Mandat məsələsinə gəldikdə isə, indi əldə olunan informasiyalardan belə görünür ki, Rusiya tərəfi bu mandatı təkcə Azərbaycanın yox, Ermənistanın da imzalamasını istəyir ki, bu üçtərəfli format qorunub saxlanılsın. Amma Azərbaycan Ermənistanın bu məsələyə aid olmadığını səbəb gətirərək, mandatı imzalamır. İndi bu mandatın olmaması zaman-zaman həm Azərbaycanın əleyhinə işləyir, həm də bu, Rusiyanın da əleyhinə işləyir, çünki, məsələn, Azərbaycan tərəfi silah istifadə edəndə, Qarabağ erməniləri tərəfindən insanlar öldürüləndə Qarabağ erməniləri Rusiya sülhməramlılarından izahat tələb edir. Amma belə hadisələrin istintaq mexanizmi olmadığı üçün, mandat olmadığı üçün bu, Rusiya sülhməramlılarının əleyhinə işləyən məqamdır. Əsas məsələ budur və hələki mandat imzalanmayıb, belə hadisələr təkrar olacaq.

Azərbaycan tərəfi narazılıqları dilə gətirməklə bu beşillik dövründə sülhməramlıların 2025-ci ildə fəaliyyətinin qiymətləndirilmsində öz əksini tapacaq. Bu narazılıqlara görə də ümumi ölçü götürüləcək ki, ümumi fəlaiyyətləri qənaətbəxş olub, yoxsa yox”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə