Təxribatlar Ermənistanla olan münasibətlərin kəskinləşməsinə səbəb olacaq - DEPUTAT AÇIQLADI

"Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində bir çox məsələlərlə bağlı ölkəmizin və dövlətimizin mövqeyini açıq və aydın şəkildə ifadə etmişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, ölkə başçısı Fransa prezidentliyinə namizəd olan Valeri Pakrezin Azərbaycan ərazisinə Ermənistan üzərindən keçməsi ilə bağlı münasibətini bildirdi: "Bu addımın eyni zamanda Azərbaycan və Ermənistanın münasibətlərinə müsbət təsir göstərmədiyini, Fransanın qeyri-obyektiv və qərəzli yanaşmasının bir daha mövcud olduğunu bildirdi. Prezident Pakrezin İrəvana səfər etməsinin Ermənistanla olan soyuq münasibətin yaxşılaşdırılması ilə bağlı olan imkanların minimuma endirilməsinə səbəb olacağını söylədi. Azərbaycan respublikasının və dövlətinin maraqları ilə bağlı millətimizə, ölkəmizə zərər verər hadisələr törədilərsə Prezidentin tapşırığı ilə lazımı cavabların alacağını bildirdi. Fransanın Xarici işlər Nazirliyinin Fransa Milli Assembleyasının çıxışında Prezidentimizə və ölkəmizə qarşı qərəzli yanaşması qəbul edilməzdi. Bütün dünya dövlətləri Azərbaycanın müstəqli siyasət yürüdən gücə və imkanlara sahib olmasını anlamalıdı. Azərbaycan ordusuna başçılıq edən, dövlətimizin milli maraqlarını və toxunulmazlığını təmin edən ölkə başçımız mövcuddur. Dövlətimizə və ölkə başçımızın ünvanına müxtəlif ittihamlar edən və bu barədə ifadələr səsləndirən şəxs beynəlxalq hüquq normaları və prinsipləri qarşısında cavabını alacaqdır. Hər zaman olduğu kimi hər birimiz öz rəhbərliyimiz ətrafında sıx birləşməliyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...