Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bir bənzəri yoxdur - SABİQ SƏFİR AÇIQLADI

"Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bir bənzəri yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, kökləri, dilləri bir olan başqa ölkələr də var: "Onlar arasındakı münasibətlər hazırda çox gərgindir. Amma biz digər ölkələrdən fərqli olaraq bir millət iki dövlət, lazım olarsa, bir millət, bir dövlət kimi yaşayırıq. Bu gün 44 günlük Vətən müharibəsi ilə Azərbaycan və Türkiyə arasındakı möhkəm münasibəti, qardaşlığı bütün dünya gördü. Şuşa bəyannaməsi bizim strateji birgəliyimizin bir nümunəsidir. Azərbaycan-Türkiyə münasibətləri çox özəldir. Azərbaycanla baş verən münaqişələrə görə, Türkiyə Ermənistan ilə diplomatik əlaqələri kəsib və sərhədlərini bağlayıb. Bu sərhədlər bu gün də bağlıdır. Bu Azərbaycan-Türkiyə qardaşlığının hansı mövqedə olduğunun ən vacib nümunəsidir. Bundan əlavə Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın verdiyi dəstək bizim üçün çox önəmlidir. Azərbaycan Türkiyənin əkiz qardaşıdır. Azərbaycan ilə Türkiyə arasındakı bu cür qardaşlıq münasibəti qürurvericidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə