20 yanvar- millətimizin həyatında dönüş anı - MÜNASİBƏT BİLDİRİLDİ

"20 yanvar SSRİ-nin dağılmasının başlanğıcını qoydu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordunun vətəndaşları kütləvi surətdə qətlə yetirməsi ilə SSRİ-ni güc baxımından ayaqda saxlayan orduya inam sarsıldı: "Azərbaycan xalqına qarşı cinayət törətmiş Kommunist Partiyasının sıralarından üzvlərinin istefa verməsi SSRİ-nin ideoloji əsaslarına zərbə vurdu. Azərbaycan xalqı şəhidlərinin ruhuna ehtiram olaraq 40 gün yas saxlayıb işləməməklə vahid iqtisadi zəncirlə bir-birinə bağlı olan sovet iqtisadiyyatını dağıtdı. Moskvada sərt nəzarət altında yaşamasına baxmayaraq Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri ittiham edib, ən çətin, ağır günlərdə xalqının yanında olması ilə Azərbaycan bundan sonra yolunun Mərkəz ilə bir olmayacağını qətiləşdirdi və müstəqillik yolunu tutdu. Bu gün 20 yanvar şəhidlərinin ruhu şaddır. Onların uğrunda mübarizə apardıqları məqsəd yerinə yetirilib. Cənab Prezidentimiz İlham Əliyevin komandanlığı altında sabitlik və güclü dövlət şəraitində millətimizin bağrından çıxan Ordumuz işğal altında olan torpaqlarımızı azad edib. 20 yanvardan alınan bir sıra ibrət dərsləri var. Millətimizin gələcəyinin və qarşısına qoyduğu məqsədlərə çatmasının təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...