“Beynəlxalq təşkilatlar faciəyə hüquqi qiymət verməsinə müqavimət göstərir” - AÇIQLAMA

“20 yanvar faciəsinə hüquqi qiymət verilməsi istiqamətində indiyədək dövlət və ölkə ictimaiyyəti tərəfindən dünya birliyinə kifayət qədər ardıcıl müraciətlər olub və bəyanatlar verilib. Lakin 32 illiyini qeyd edəcəyimiz bu faciəyə hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Bunun bir neçə səbəbi var. Bunlardan biri faciəni törətmiş SSRİ-nin dağılmasıdır”. Bunu “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, SSRİ-nin hüquqi varisi olan Rusiya isə bu məsuliyyəti üzərinə götürmür və nüfuzlu beynəlxalq təşkilatların faciəyə hüquqi qiymət verməsinə müqavimət göstərir: “Varis olaraq Rusiyanın 20 yanvar faciəsi ilə bağlı cavabdeh qismində məsuliyyətə cəlb olunması tələbini beynəlxalq təşkilatlar qarşısına irəli sürmək Rusiya ilə dostluq münasibətində bulunan hazırkı hakimiyyət üçün də çətindir. Ona görə də, nəticəsindən asılı olmayaraq, hər il olduğu kimi, bu ildə 20 yanvar faciəsinin ildönümündə dövlət orqanları və ölkə ictimaiyyəti dünya ictimaiyyətinə və nüfuzlu beynəlxalq təşkilatlara 20 yanvar faciəsilə bağlı müraciət etmələrinin vacib olduğunu düşünürəm”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...