YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

18.01.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib. İlk öncə YAP Gədəbəy rayon təşkilatının idarə heyətinin üzvlərinin və partiya fəallarının iştirakı ilə Ulu Öndərin rayonun mərkəzində ucaldılmış abidəsinin önünə tər gül dəstələri düzülüb. Rayonun “Aşıqlar evi”ndə davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev ilk öncə Dahi Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükütlə yad etdi. Sonra Rüstəm Nağıyev YAP Gədəbəy rayon təşkilatının 29 illik fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirdə iştirak edən natiqlər - Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, İdarə Heyətinin üzvləri Məlahət Əliyeva, Baxış Nağıyev, Namiq Rüstəmov və Mirbəşir Manafov məruzə ətrafında fikir mübadiləsi apardılar. Sonda Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəsini icra edən Natiq Nağıyev partiya üzvlərini təbrik etdi, siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə