"Human Rights Watch" qərəzli mövqeyinin məsuliyyətini daşımalıdır - DEPUTAT İRAD BİLDİRDİ
""Human Rights Watch" təşkilatının hesabat formasında paylaşdığı sənəddə çoxsaylı qüsurlar var və bu qüsurlar texniki yox məqsədli, qərəzli təbliğat xarakteri daşıyır. Əlbəttə, biz təsisatın qeyri hökumət təşkilati olduğunu, qərəzli hesabatı ilə razılaşmadığımızı haqlı olaraq iddia edə bilərik, amma unutmamalıyıq ki, bu təşkilatların hesabatları hətta, BMT-nin ixtisaslaşmış təşkilatları daxil, bir çox beynəlxlaq qurumlar tərəfindən əsas olaraq qəbul edilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bir çox hesabatlarda istisnasız olaraq məhz "Human Rights Watch"ın gəldiyi nəticələrə əsaslanılır: "Ona görə də biz təşkilatın son hesabatını görməzdən gəlməməli, həm hüquq müstəvisində, həm də informasiya cəbhəsində bu təşkilat ifşa edilməlidir. Düzdür, ilkin baxışda belə bir görüntü var ki, Azərbaycan və Ermənistana bərabər yanaşma var, hər iki tərəfdə vəziyyətə toxunulub. Lakin, tanış olduqda aydın olur ki, hesabat Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren hüquqlarına aşkar təcavüzdür. Ermənistan tərəfdən dağılan obyektlərdən danışılır, məsələn, 71 məktəb. Sual olunur, Ermənistan ərazisində nə zaman hərbi əməliyyatlar aparılıb? Hətta birbaşa iki ölkənin sərhəddində baş tutan əməliyyatlar zamanı, Tovuz döyüşlərində belə Azərbaycan əsgəri bir addım da olsun dövlət sərhəddini keçmədi. 44 günlük savaş boyu isə cənab Prezidentin də müsahibəsində dediyi kimi, Azərbaycan-Ermənistan dövlət sərhəddinə gümrüdən rus əsgərləri cəlb olunmuşdu və o istiqamətdə ümumiyyətlə atəş açılmayıb. Belə olan halda maraqlıdır ki, "Human Rights Watch" hansı dağıntıdan danışır? Əgər, əməliyyatlar Azərbaycanın ərazilərində gedibsə, "Human Rights Watch" təşkilatı Qarabağ və Şərqi Zəngəzuru hansı beynəlxalq hüquqi akta istinadən Ermənistanın ərazisi hesab edir? Hesab edirəm ki, təşkilat bu yanaşmasının beynəlxalq məsuliyyətini daşımalıdır. Həm qərəzli, həm də təcavüzkar mahiyyət daşıdığı üçün, eləcə də saxta məlumatlara əsaslanaraq böhtan xarakterli informasiyalarla dövlətimizin imicinə xələl gətirdiyi üçün hüquqi müstəvidə tədbirlər görülməsi üçün adekvat addımlar atılmalıdır".
Bəhruz Məhərrəmov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, "Human Rights Watch" təşkilatı insan hüquqları amilindən al-ver məqsədi ilə istifadə edən qurum olduğu sirr deyil: "Üstəlik, Soros fondu ilə təşkilat arasında əlaqələr hər kəsə bəllidir. Bildiyiniz kimi hətta təşkilatın əvvəlki rəhbəri Soros fondunda yüksək vəzifəyə təyin edilmişdi. Bundan başqa Cənubi Qafqazda Sorosun nəzarətindən kənar yeganə dövlət Azərbaycan olduğu üçün, habelə, məxməri inqilablar məhz Azərbaycanda fiaskoya uğradığı üçün, üstəlik, "Human Rights Watch"ın maliyyə dəstəkçiləri sırasında erməni diasporasının fəallığını da nəzərə alsaq təşkilatın anti-Azərbaycan mövqeyinin səbəbini anlamaq çətin deyil".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB