“Koronovirusla bağlı "peyvənd millətçiliyi" narahatçılıq yaradır” AÇIQLAMA

“Son vaxtlar koronavirus pandemiyasının "Omicron" ştammının meydana çıxması ilə əlaqədar olaraq infeksiyaya yoluxma sayında dünyada ciddi artım müşahidə edilir. Dünyanın inkişaf etmiş böyük dövlətlərində yoluxma xüsusilə böyük sürətlə yayılmaqdadır. Bəzi ölkələr artıq yenidən sərt qapanma qaydaları tətbiq edirlər”. Bunu Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ÜST öz narahatlığını bildirir və pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir: “Lakin ÜST dünya əhalisinin 70%- nin 2022-ci ilin ortalarına qədər peyvənd olunmasını proqnozlaşdırsa da, bu hədəfə çatmaq real görünmür. Çünki buna səbəb koronavirusla bağlı "peyvənd millətçiliyi"nin davam etdirilməsidir. Məhz infeksiyanın sürətlə yayılmasının səbəblərindən biri də bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olmasıdır. Xüsusilə də üçüncü - " buster" dozanı vurduranların sayı azlıq təşkil edir. Artıq virusa yoluxanların sayının çoxluğu dünya ölkələrinin bir çoxunun səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarmışdır. Bütün bunlar deməyə əsas verir ki, dünyanın əsas inkişaf etmiş ölkələrində pandemiya ilə mübarizədə boşluqlar və mükəmməl strategiya mövcud deyildir. Hesab edirəm ki, BMT, ÜST və digər nüfuzlu beynəlxalq təşkilatlar bu barədə düşünməli, dünyanın yenidən normal həyata qayıdışını təmin etmək məqsədilə aparıcı dövlətlərlə yeni strategiyanın dərhal hazırlanmasına başlamalıdırlar. Dünyada virusun sürətlə artması ölkəmizdə də təbii ki, narahatlıqla izlənilir”.

A.Xəlilov onu da bildirdi ki, Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb ölkələri ilə müqayisədə koronovirusla bağlı vəziyyət məqbul səviyyədədir: “Ölkəmizdə 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv xəstələr üçün ayrılmış çarpayıların cəmi 10%-i doludur. Ümumiyyətlə dünyada pandemiyanın başlamasından dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə görülən tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan bu gün dünyada bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Ölkəmizdə bu gün virusa yoluxma halı artsa belə, bunun öhdəsindən gəlmək üçün bütün resurslar mövcuddur. Dərman ləvazimatları və hər cür tibbi avadanlıqlar kifayət qədər vardır. Bu ölkəmizdə vaksinasiya prosesi də uğurla gedir. Ölkə rəhbərliyinin apardığı uğurlu işlər nəticəsində Azərbaycan vaksinlərlə ilk təmin olan ölkələr sırasındadır. Əhali ilə aparılan maarifləndirmə və təbliğat işləri də öz müsbət nəticəsini göstərir. Bu gün Azərbaycanda 8 yaşdan yuxarı olan əhalinin təxminən 65%-i peyvəndin hər iki dozasını alıb. 1,7 milyon insan isə "buster" dozanı qəbul edib. Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən qapanmalara ehtiyac görmür. Lakin bütün bunlar biz vətəndaşlarda arxayınlıq yaratmamalıdlr”. A.Xəlilov o fikridə vurğulayıb ki, dövlətin pandemiyaya qarşı apardığı mübarizədə biz vətəndaşlar da öz dəstəyimizi daim davam etdirməliyik. vaksinasiya prosesində fəal iştirak etməli digər vətəndaşlarla bu barədə maarifləndirmə işlərini aparmalıyıq: “Xüsusilə üçüncü "buster" dozanın vacibliyini dərk etməli, bunun vacibliyini anlayışla qəbul etməliyik. Eyni zamanda dünyada qəbul edilmiş virusdan qorunma qaydalarına mütləq əməl etməliyik. Gigiyenik qaydalara əməl etməli, sosial məsafə saxlanılmalıdır. Arxayınlığa yol verilməməlidir. "Omicron" ştamı sürətlə yayılsa da "Delta" ştamı ilə müqayisədə mütəxəssislərin rəyinə əsasən daha yüngül fəsadlar yaradır. Xüsusilə ilə də peyvənd olunan insanlarda daha yüngül özünü biruzə verir. Bu səbəbdən də peyvəndləmədə iştirak mütləq hər bir vətəndaşımız üçüm vacibdir. Bütün qaydalara əməl etsək virusun bu dalğasından da Dövlətimiz gördüyü tədbirlərlə birgə az itki ilə çıxarıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...