Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq - ÇİNGİZ ƏSGƏROV

“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq”. SİA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə dövlət orqanları bu prosesə hazır olmalıdırlar: “Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar. Keçən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasından 10 il ötüb. Bu məhkəmələrin yaradılması çox düzgün addımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə