Ali Məhkəmənin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub - İDARƏ RƏİSİ

“Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqları pozulub”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində nümayiş etdirilən toplu da önəmli mənbə ola bilər. Hazırkı nəşr məhz səmərəli əməkdaşlığın təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və düşünürəm ki, toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...