“Kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə VİP sədri Əli Əliyevin həbsi ilə əlaqədar danışarkən deyib.

Politoloq bildirib ki, Əli Əliyevin həbs olunması ilə bağlı qərar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayəti əsasında verilib və onların iddiası əsasında Vətəndaş və İnkişaf Partiyasının sədrinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan atma maddəsi ilə cinayət işi qaldırılıb, Məhkəmənin qərarı ilə ona 5 ay müddətində həbs cəzası verilib.
“DSX-nin iki zabiti Əli Əliyevin “Helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü və o qəzada yaralanmadıqları” ilə bağlı dediklərini özlərinə qarşı böhtan hesab edərək Məhkəməyə müraciət ediblər. Xatırlayırsınızsa mən hələ o zaman məlum qəza ilə bağlı fikirlərimi bölüşərkən, rəsmi araşdırma aparılmadan və qəzanın səbəbləri ilə bağlı rəsmi məlumatlar verilmədən hər hansı fikir yürütməyin düzgün olmadığını bildirmişdim və bununla bağlı həm media təmsilçilərinə, həm də sosial şəbəkə istifadəçilərinə çağırış etmişdim. Nəticəni də çox gözləmək lazım gəlmədi. Qısa zaman ərzində qəzanın səbəbləri araşdırıldı, helikopterin qara qutusu oxundu və məlum oldu ki, qəza helikopterin enişi zamanı küləyin istiqamətinin düzgün hesablanmaması nəticəsində baş verib.
Deyilənləri özünə qarşı böhtan hesab edən şəxslərin məhkəməyə müraciət etmək hüququ var və mən əminəm ki, həmin iddialar Əli Əliyevin özü ilə bağlı olsaydı o da böhtana məruz qalmış şəxs olaraq Məhkəməyə müraciət edərdi. Bu belə də olmalıdır. Əgər biz hüququ dövlət prinsiplərini dəstəkləyiriksə istənilən məsələnin həlli məhz məhkəmə orqanlarında öz həllini tapmalıdır. Odur ki, hüquqi dövlət quruculuğu uğrunda mübarizə aparan müxalif siyasi partiya rəhbərləri də iki zabitimizin öz hüquqlarının müdafiəsi ilə bağlı məhkəmyə müraciət etmələrini süngü ilə qarşılamamalıdırlar”, deyə politoloq Yusif Bağırzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB